1 ilə yaxındır maaş ala bilməyən işçilər aksiya keçirir

Hazırda «Oil & Gas Proserv» MMC-nin əməkdaşları maaşlarını ala bilmədiklərinə görə etiraz aksiyası keçirirlər.
İşçilərin Bizimyol.info saytına verdikləri məlumata görə, bu ilin əvvəlindən əməkhaqları verilməyib. Şirkətin rəhbəri Eldar Məhərrəmov bildirib ki, böhrana görə maddi çətinliklər yaşayırlar, problem də bu səbəbdən yaranıb.
İşçilər bildiriblər ki, yerli şirkət olan «Oil & Gas Proserv» MMC-nin əsas fəaliyyəti neft-qaz şirkətlərinə servis xidməti göstərməkdir. «22-23 nəfər maaşını ala bilmir. Bizim şirkətdə orta maaş 1000 manatdır. Böhrana baxmayaraq rəhbərlik əməkhaqlarını öz qaydasında alır, amma bizə gələndə deyirlər ki, pul yoxdur.
İşçilər problemlə bağlı dəfələrlə Həmkarlar İttifaqına və prokurorluğa şikayət ediblər. Amma şirkət rəhbərliyi onlara hədə-qorxu gəlir, işdən çıxarılacaqları ilə hədələyir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.