haberL haberR
Qazın verilişində fasilələr yaranacaq

Bakı şəhəri Sabunçu, Binəqədi, Xəzər, Səbail, Yasamal, Nərimanov, Nəsimi, Suraxanı, həmçinin Astara və Siyəzən rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə martın 16-da saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Sabunçu, Bakıxanov qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun Binəqədi qəsəbəsi və 7-8-ci mikrorayonlarında, Xəzər rayonunun Pirallahı, Şağan, Mərdəkan və Şüvəlan qəsəbələrində, Səbail rayonunun Ü.Hacıbəyov küçəsi ətraf ərazi, Nəsimi və Yasamal rayonlarında, Suraxanı rayonunun X. Ələkbərov, S. Əliyev, S. Bəhlulzadə küçələrində və Hövsan qəsəbəsində, Nərimanov rayonunun Azadlıq və Atatürk prospektlərində, Ə. Əliyev, C. Hacibəyli, T. Əliyev küçələrində, eləcə də Astara və Siyəzən rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.