haberL haberR

100 dollarlıq minikompüter təqdim edilib

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 21.04.2015 11:52:17

Çinin “Pipo” şirkəti Honkonqda keçirilmiş “HKTDC” sərgisində kiçikölçülü “X8” kompüterini nümayiş etdirib

Bu kompüter analoqlarından daxili sensor ekrana malik olması ilə fərqlənir. Eyni anda beş toxunuş dəstəkləyən 7 düymlük sensor ekranın təsvir ölçüsü 1024x600 piksel təşkil edir.

İslamazeri.az-ın "ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “X8” kompüteri dörd “USB” port, “HDMI” və “Ethernet”, daxili dinamik və “microSD” kart rideri, həmçinin “Intel Atom” çipi, 2 QB əməli yaddaş və 16/32 QB daxili yaddaşla təchiz edilib. “Wi-Fi” (802.11n) və “Bluetooth 4.0” modulları ilə qoşulma dəstəklənir.

“X8” kompüterinə “Microsoft Windows 8.1 with Bing” əməliyyat sistemi quraşdırılıb. “X8” kompüteri “Android” mobil əməliyyat sistemi ilə işləyə bilir.
 
Mayda minikompüterin satışına başlanılacaq. Qurğunun dəyəri 100 dollardır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.