haberL haberR

Pakistanın 110 min ilahiyyatçısı İŞİD-ə qarşı fətvaya imza atıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.05.2016 14:03:42

İŞİD-ə qarşı olan fətvanı şura üzvləri yekdilliklə imzalayıblar.

İslamAzeri.az “İslam-Today” saytına istinadən xəbər verir ki, Pakistan islam alimləri birliyi İŞİD-ə qarşı fətva veriblər.

Fətvada İŞİD və onun kimi döyüşən digər ekstremist və terror qruplaşmaların, o cümlədən onlara dəstək verənlərin də İslama tamamən zidd olduqları deyilir.

Pakistan üləmalar şurası həmçinin istənilən ekstremist və terror fəaliyyəti üçün “cihad” sözünün işlədilməsini qadağan edib.

Ölkənin imamları qeyd ediblər ki, İŞİD terrorçuları İslam təlimlərini öz xeyrlərinə təhrif edirlər və bu təhrifləri də öz cinayətlərinə haqq qazandırmaq üçün istifadə edirlər.

Qeyd etmək lazımdır ki, Pakistan üləmalar şurasına 110 mindən çox islam alimi və din xadimi daxildir. İŞİD-ə qarşı olan fətvanı şura üzvləri yekdilliklə imzalayıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.