haberL haberR

12 yaşlı Məhəmmədin ayağa qalxmaq üçün yardıma ehtiyacı var

Kateqoriya: Sosial Yayımlama tarixi: 31.03.2016 16:01:06

Səlimov Məhəmməd Asif oğlu Şirvan şəhəri 18 saylı M.İsrailov adına şəhər orta məktəbinin 6-cı sinif şagirdidir.

O, artıq 7 aydır ki, “Spinal Kordun Torakal Segmentinin Miyeliti” xəstəliyindən əziyyət çəkir və yeriyə bilmir. Onun xəstəliyinin tam müalicəsi isə Türkiyədə mümkündür.

 
Səlimov Məhəmməd Asif oğlu  Şirvan şəhəri 18 saylı M.İsrailov adına şəhər orta məktəbinin 6-cı sinif şagirdidir. O artıq 7 aydır ki, “Spinal Kordun Torakal Segmentinin Miyeliti” xəstəliyindən əziyyət çəkir və yeriyə bilmir. Onun xəstəliyinin tam müalicəsi isə Türkiyədə mümkündür.
 
Məhəmməd öz hislərini belə ifadə edir: “Mənim də yaşıdlarım kimi gələcəklə bağlı gözəl arzularım var və bu arzuları həyata keçirməyə başlamışdım. Şirvan şəhər musiqi məktəbinin muğam şöbəsində təhsil alırdım. Şirvan şəhər 18 saylı orta məktəbinin  6-cı sinfində əla qiymətlərlə oxuyurdum. 7 aydır səhhətimdə yaranan problemlər mənim arzularımı və həyata keçirməyə başladığım xəyallarımı yarımçıq qoydu. Sol ayağımda , onurğa beynimdə yaranan problemlər məni yataq rejiminə saldı. İndi yeridiyim günləri xəyallarıma gətirirəm və bu mənə çox pis təsir edir. Mən yenidən yerimək, sağlam olub yaşıdlarımın sırasına qoşulmaq istəyirəm. Bunun üçün də  əziz xalqım, əziz xalqımın mərd insanlarından maddi dəstək gözləyirəm. Aşağıda göstərilən bank hesab nömrəsinə göndərilən kiçik məbləğin köməyi məni yenidən sağlamlığıma qovuşdura bilər. Allah hamınızı qorusun”.
 
12 yaşlı Məhəmmədə kömək etmək istəyənlər  aşağıdakı hesaba gücü çatan ödənişi edərək köməklik edə bilərlər:
 
Hesab sahibi:  Səlimov Asif Sadaxan oğlu
Hesab nömrəsi:  3801000209170726i55
Bankın adı:  Bank of Baku ASC-nin “Şirvan” filialı
VÖEN:  1700038881
KOD:  510976
Müxbir hesab:  AZ27NABZ01350100000000007944
S.W.I.F.T:  JBBKAZ22
Telefon:  0553408897
Ödəniş zamanı sizdən vəsiqə kodu soruşularsa, bu kodu yazın: 08417850
musavat.com
 
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.