haberL haberR

13 yaşlı fələstinli qızı 17 güllə ilə öldürən İsrail rejimi əsgəri cəza almadı

Kateqoriya: Dünya Yayımlama tarixi: 22.05.2015 13:03:40

Sionist İsrail əsgəri cəzasını almadı

İslamazeri.az-ın "The Guardian"-a istinadən verdiyi xəbərə görə, İsrail rejimi əsgərlərindən biri silahında güllə qurtaranadək atəş açaraq 13 yaşlı fələstinli qızı qətlə yetirib.
Hərbi məhkəmədə mühakimə olunan əsgər, qız 3 yaşında olardısa da eyni şeyi edəcəyini və əməlindən peşman olmadığını deyib. Məhkəmə əsgərin günahsız olduğuna qərar verib.

17 güllə ilə vurulan İman əl-Xəms adlı qızın Qəzzada öldürüldüyü deyilib. Əsgərlər qızın məktəb çantası daşıdığını və çantanın içində bomba olduğunu iddia edib. Lakin qızın əsgərlər atəş açdıqdan sonra çantasını yerə saldığı, çantaya atəş açıldığı və içində bomba olmadığının göründüyü də bildirilir. Qeyd edilib ki, qızın çantasını yerə saldıqdan sonra qaçmağa başlamasına baxmayaraq, ona atəş açmağa davam edilib. İsrail rejimi əsgərinin qıza atəş açdığına dair ifadə verən əsgərlər, sonradan ifadələrini dəyişib. Onlar bildiriblər ki, qıza tərəf deyil, onun yaxınlığına atəş açılıb. Meyitin yarılması isə deyilənlərin əksinə işarə edib. Bədəninin hər yerinə 17 güllə səpələnən qızın başından 3 güllə aşkar edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.