haberL haberR

1,4 milyard dollara dünyanın ən hündür minarəli məscidi tikiləcək

Kateqoriya: Siyasət Yayımlama tarixi: 06.05.2016 17:38:07

İbadət evi Əl-Cəzairdə inşa olunacaq

İslamAzeri.az rus mediasına istinadən xəbər verir ki, 2017-ci ildə Əl-Cəzairdə 265 metr hündürlyündə minarəsi olan məscid tikiləcək.

“Bu məscid ekstremistlər üçün ağır zərbə olacaq. Onlar uzun illərdir ki onun tikintisinin əleyhinə çıxış edirlər”, – məscidin tikintisinə cavabdeh olan Əhməd Mədəni bildirib.

Onun sözlərinə görə, ideya ölkə 1962-ci ildə Fransadan azadlıq əldə edəndən bəri var. Mədəni qeyd edib ki, məscid Əl-Cəzairdə mülayim islamın rəmzi olacaq və ekstremizmin istənilən formasına qarşı sipər olacaq. Belə ki, ölkənin bəzi ərazilərində terror qruplaşmaları fəaliyyət göstərir.

“Camaa əl-Cəzair” məscidi layihəyə əsasən, 120 min dindar qəbul edə biləcək. Orada həmçinin Quranı öyrənmə məktəbi, İslam incəsənəti və tarixi muzeyi, 1 milyon kitabı olan kitabxana da olacaq. Məscidin tikintisinin qiyməti 1,4 milyard dollar təşkil edir.

Lakin ekspertlər layihənin uğurla reallaşacağına şübhə edirlər. Ekspertlərdə əsas qorxusu Əl-Cəzair şəhərinin seysmik təhdid zonasında yerləşməsidir. Belə ki, 2003-cü ildə baş vermiş zəlzələ nəticəsində 3 minə yaxın insan həyatını itirmişdi.

Xatırladaq ki, hazırda dünyanın ən hündür minarəsi Mərakeşin Kasablanka şəhərində yerləşir. Onun hündürlüyü 210 metrdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.