haberL haberR

14 saylı CÇM-də baş vermiş məhbusun ölümüylə bağlı cinayət işi açılıb- (Rəsmi açıqlama)

Kateqoriya: Kriminal Yayımlama tarixi: 12.01.2015 18:13:21

Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkumun ölümü ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun mətbuat xidmətindən  islamazeri.az-a verilən məlumata görə, dekabrın 22-də saat 07:00 radələrində Penitensiar Xidmətin 14 nömrəli Cəzaçəkmə Müəssisəsindən məhkum Babayev Elşad Səid oğlunun ölümü ilə bağlı daxil olan məlumata əsasən, Qaradağ rayon Prokurorluğunun müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İlkin araşdırma ilə müəyyən edilib ki, müəssisədə cəza çəkən bir qrup məhkum baş verən hadisədən istifadə edərək rejim qaydalarını pozub, əməkdaşların tələblərinə əməl etməyərək müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlərə yol veriblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.