haberL haberR

14 saylı CM-dəki İslamçı məhbuslardan yeni xəbər var

Kateqoriya: Ölkə Yayımlama tarixi: 19.01.2015 16:26:36

Yaxınları onların yenidən döyülməsindən şübhələnirlər

Bu gün 14 saylı Cəzaçəkmə Müəssisəsindən "tubzon"a işgəncə üçün aparılan İslamçı məhbuslar - baş redaktor Araz Quliyev, hicab məhbusu Anar Qasımlı və digər məhbus İsa Yaqubovun ailə üzvləri övladları ilə görüşmək üçün adı çəkilən həbsxanaya yollanıblar.

 

Bu barədə islamazeri.az-a məhbusların yaxınları məlumat verib.


Cenubnews.com-un həsbdə olan baş redaktoru Araz Quliyevin qardaşı bildirib ki,  məhbus qardaşına sovqat aparsa da, onunla görüşməyə icazə verilməyib: "Biz bu gün övladlarımızı görməyə getmişdik. Apardığımız sovqat və görüşlə bağlı ərizələri yazdırıb görüş üçün öz növbəmizi gözləyirdik.Lakin həbsxananın qapısından iki mayor rütbəli "nadzor" çıxıb bizə bildirdi ki, siz övladlarınızla görüşə bilməyəcəksiz. Onlar 2 aylıq (PXT) cərimə kamerasına salınıb. Bunun üçün də qanuna əsasən siz onları yalnız fevralın 5-10 arasında gəlib görə bilərsiniz."

Ailə üzvləri nə qədər görüş tələb etsələr də, "nadzor"lar bildiriblər ki, görüş üçün icazə vermək onların səlahiyyətində deyil.
 
"Rəis tapşırıb ki, məhbus yaxınlarından nə sovqat alın, nə də onları görüşməyə qoyun.  Bu gün yalnız telefonla danışa bilərsiniz. Sovqat isə ayın sonunda gətirə bilərsiniz", -deyə həbsxana əməkdaşı bildirib.

İslamçı məhbusların valideynləri deyib ki, övladları ilə görüşə icazə verilməməsinin altında müəmmalı səbəblər gizlənir: "Biz yəqin etdik ki, övladlarımıza yenidən işgəncə veriblər. Bu səbəbdən də bizimlə görüşə icazə vermirlər ki, onlarda olan xəsarətlər yoxa çıxsın. Bizə rəis Nizami Quliyev özü deyib ki, hər gün sovqat gətirin, görüş isə həftədə bir dəfə görə bilərsiniz. Biz yenidən bu barədə yuxarı qurumlara şikayət edəcəyik. Bu qanunsuzluqdur, məhbusu döyüb öldürürlər, sonra da digər məhbuslara işgəncə verirlər. Prezidentin bu azğın məmurlardan xəbəri yoxdur".

Onu da qeyd edək ki, məlumata əsasən, 14 saylı CÇM-də məhkum Elşad Babayevin qətlə yetirilməsindən sonra, 5 il 6 ay azadlıqdan məhrum edilmiş hicab məhbusu İlham Hətəmov və daha beş məhbusun həbsxana daxilində məhkəməsi keçirilib.

Məlumata görə, İlham Hətəmov və digər beş məhbusun Qobustan həbsxanasına köçürülməsi barədə qərar qəbul edilib. Həmin məhbuslar cəzalarının qalan hissəsini Qobustan həbsxanasında (qapalı tipli həbsxana) keçirəcəklər. 
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.