haberL haberR

18,5 milyon “PlayStation 4”, 81,8 milyon oyun satılıb

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 08.01.2015 12:14:13

“Sony” şirkətinin nümayəndələri “PlayStation 4” oyun qurğusunun satışa çıxarıldığı 2013-cü ilin payızından satış həcminin 18,5 milyon təşkil etməsini bəyan ediblər

İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, bu sayın 4,1 milyonu noyabrın sonundan yanvarın 4-dək yeni il ərəfəsi satışların payına düşüb. Həmçinin, qurğu üçün 81,8 milyon oyun satılıb, “PlayStation Plus” servisinin abunəçilərinin sayı 10,9 milyonu ötüb.
 
Yaponiya şirkəti yanvarın 13-dən etibarən ABŞ və Avropa ərazisində "PlayStation Now” servisinə abunəni istifadəyə verməyə hazırlaşır. İlk vaxtlar servis yalnız “PlayStation 4” qurğusunun oyunları ilə uyğunluq təşkil edib. Hazırda isə “PS3” üçün oyun axınlarının yayımını onları yükləmədən və quraşdırmadan etmək mümkündür.
 
“PS3” üçün 100 oyunun yer aldığı (oyunların ümumi sayı 800-ə yaxındır) “PlayStation Now” üçün aylıq abunə haqqı 20 dollar, birdəfəlik üç aylıq abunə 45 dollar təşkil edəcək.
 
Əlavə edək ki, “Sony” “PlayStation Vita” portativ oyun qurğusunun satış həcminı açıqlamayıb. Bu qurğunun qeyri-qənaətbəxş satışı ilə izah edilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.