haberL haberR

190 min qeyri-qanuni zəvvar Məkkədən deportasiya edildi

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.09.2016 17:54:11

Həmçinin 44 turistik şirkətin də fəaliyyəti dayandırılıb.

İslamazeri.az-ın "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, həcc icazəsi olmayan 188,747 zəvvar artıq Səudiyyə Ərəbistanından deportasiya edilib.

Həmçinin zəvvarlara saxta həcc icazəsi satan 44 turis agentliyinin fəaliyyətinin qarşısı alınıb.

Qeyd etmək lazımdır ki, həcc icazələri müxtəlif ölkə vətəndaşlarına kvotaya əsasən paylanılır. Kvotalar Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyi tərəfindən müəyyən edilir.

Səudiyyə Ərəbistanı rəhbərliyinin məlumatına əsasən, hazırda 1 milyondan çox zəvvar krallığa gəlib. Bu il ümumilikdə Məkkə və Mədinəni 1,5 milyona yaxın zəvvar ziyarət edəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.