haberL haberR

2014-cü ildə “Google”dan 345 milyon istinadı silmək tələb olunub

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 12.01.2015 12:31:29

Ötən il hüquq sahibləri onların hüquqlarını pozan 345 milyon istinadı axtarış indeksindən silməyi “Google”dan tələb ediblər

İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2013-cü illə müqayisədə 75 faiz yüksəkdir.
 
“3dnews.ru”  bildirir ki, hərçənd ki, “Google” axtarış reytinqində pirat saytların azalması üçün bir sıra addımlar atıb, amma istinadların silinməsi haqda sorğuların sayı artmağa davam edir.
 
Müqayisə üçün, 2008-ci ildə onlarla belə sorğu “Google” şirkətinə göndərilib. Bu gün isə şirkət gündəlik təxminən milyon sorğu emal edir.
 
İstinadların əksəriyyəti silinir, amma heç də hamısı yox. Bəzən “Google” şirkəti belə nəticəyə gəlir ki, istinad edilən material heç kimin hüquqlarını pozmur.

Məhz "google"-nin kömyinə əsaslanaraq alexa.com da saytların reytinqini təyin edir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.