haberL haberR

2016-cı ildə “BakuBus” 14 marşrut xətti üzrə xidmət göstərəcək

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 29.12.2015 17:46:06

2016-cı ildə “BakuBus” MMC-nin Bakının mərkəzini əhatə edən 14 marşrut xətti olacaq

Qarşıdan gələn il  “BakuBus” MMC-nin Bakının mərkəzini əhatə edən 14 marşrut xətti olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə hal-hazırda 14 marşrut xəttindən 8-i sərnişinlərin istifadəsinə verilib. Avtobusların xəttə buraxılması bəlli müddət ərzində sınaqlar keçirdikdən sonra baş tutur.

N.Allahyarova 2016-cı ildə əsas məqsədin “BakuBus” MMC-nin Bakının mərkəzini əhatə edən 14 marşrut xətti üzrə xidmət etmək olduğunu bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.