haberL haberR

2016-cı ilin ən uzun orucu - 22 saat

Kateqoriya: İslam Yayımlama tarixi: 29.06.2016 14:00:34

2016-cı ilin Ramazan ayında ən uzun orucu Norveçin Tromsyo şəhərinin müsəlmanları tutur.

İslamazeri.az-ın “islam.ru” saytına istinadən verdiyi xəbərə görə, iftar vaxtı demək olar ki, gecəyarı daxil olur, oruc isə saat 01.20-də başlayır, belə ki, yayda bu ərazidə Günəş demək olar ki, batmır.

Tromsyo şəhərində öz ailəsi ilə yaşayan Əzmi Arıkan adlı müsəlman bu barədə deyib: “Gecə saat 12-də Günəş ancaq üfüq arxasında gizlənir, bir neçə saat sonra isə yenidən işıqlı olur. Buna görə də Ramazan ayında oruc tutmaq bizim üçün əsl sınağa çevrilib. Biz 22 saatdan çox oruc oluruq.”

 

 

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.