haberL haberR

226 yeni dini icma qeydiyyatdan keçib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 08.07.2015 17:27:17

Azərbaycanda 2009-cu ildə qəbul olunan yeni qanunvericiliyə əsasən 632 dini icma qeydiyyatdan keçib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən  islamazeri.az-a verilən məlumata görə, bunlardan 226-sı ilk dəfə qeydiyyatdan keçin yeni dini icmalardır, qalanları isə təkrar qeydiyyatdan keçənlərdir. Onlar arasında islam və qeyri-islam yönümlü dini icmalar var.

 

2009-cu ildə qəbul olunan və qüvvəyə minən qanunvericilikdəki dəyişikliyə əsasən o vaxta qədər qeydiyyatda olan icmalar təkrar qeydiyyatdan keçməlidir, əks halda onların qeydiyyatının hüquqi qüvvəsi olmur. Hazırda ölkə üzrə bir sıra dini icmalar fəaliyyət göstərir ki, onlar hələ də təkrar qeydiyyat üçün müraciət etməyiblər. Bunların sayının yaxın zamanda açıqlanacağı gözlənilir.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.