3 rahibin başını kəsən "Nusra Cəbhəsi"nin çeçen terrorçularına hökm oxundu

İslamazeri.az "Hurriyet"-ə istinadən xəbər verir ki, Suriyada iki il əvvəl qaçırılan Süryani Ortadoks kilsəsinin rahibi Yuhanna İbrahim, Hələb-İskəndərun Rum Ortodoks kilsəsinin rahibi İsa Yazıçı və üçüncü xristian keşişin başlarını kəsməkdə günahlandırılan çeçen terrorçular Məhəmməd Əbdülrəhmanov və Əhməd Ramzanov sözügedən cinayətə görə deyil, terror təşkilatına üzv olmaqda ittiham olunublar.
Üçü türk olmaqla, beş müttəhimin məhkəmə işində dəhşət detallar yer alıb. İstanbulda iki il əvvəl yaxalanan iki çeçen terrorçunun gizləndiyi evdən çıxan paltar və bıçağın qətliam zamanı çəkilən videodakı bıçaqla oxşar olduğu müəyyən edilib.
Ədliyyə Nazirliyi üç keşişin qətli ilə bağlı mühakimə tələbini "Türkiyə zərər görmədi" deyərək rədd etmişdi. Bundan sonra məsələ Məclisdə qaldırılmışdı. Müttəhim Əbdülrəhmanovun Suriya hökumətinə qarşı qurduğu və terrorçusu olan təşkilatın əmiri olduğu qeydə alınıb. Hər iki çeçen terrorçu 7,5 il həbs cəzası alıb. Onlar təxminən 2 il sonra müəyyən şərtlər daxilində azad ediləcəyi bildirilib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.