haberL haberR

4 ölkədən İŞİD-ə qarşı məlumat mərkəzi

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.09.2015 16:01:42

İŞİD-ə qarşı mübarizə məqsədilə Bağdadda 4 məlumat mərkəzi qurulub

İslamazeri.az-ın "Sputniknews"-a istinadə verdiyi məlumata görə, Rusiya, Suriya, İraq və İran İŞİD-ə qarşı mübarizə məqsədilə Bağdadda ortaq məlumat mərkəzi yaradıb.

Məlummat adı açıqlanmayan yüksək rütbəli bir rus hərbçisindən daxil olub. Verilən məlumata görə, mərkəzə rəhbərlik 3 aylıq müddətlə növbəli şəkildə təşkil olunacaq. 

Əldə edilən razılaşmaya əsasən qarşıdakı 3 ay ərzində mərkəz İraq tərəfindən idarə olunacaq.

Mənbə "Mərkəzin əsas funksiyası İŞİD-ə qarşı mübarizədə məlumat toplanması, işlənməsi, konkretləşdirilməsi və analizi olacaq. Bilgilər aidiyyatı üzrə bölünərək, sözügedən ölkələrin hərbi qərargahlarına göndəriləcək",- deyə əlavə edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.