46 nəfər din xadimi kəndlərdə fəaliyyət göstərmək üçün təyin olundu (Foto)

İslamazeri.Az xəbər verir ki, bu gün azərbaycanlı müsəlmanların kompakt yaşadığı Marneuli rayonunda yeni inşa edilmiş və hazırda təmir halında olan “İmam Hüseyn (ə)” adına məsciddə ümumilikdə sayı 46 nəfərdən ibarət din xadimi axund və xətib olaraq kəndlərdə rəsmən fəaliyyət göstərmək üçün təyin olundular.
Təyinat mərasimində din xadimləri və dindarlarla yanaşı rayon rəhbərlikləri, ağsaqqallar və ziyalılar da iştirak edib.
Məclisi Quranın tilavətindən sonra rayonun baş axundu Hacı Əziz Nəbiyev açaraq, mərasimlə bağlı məlumat verdikdən sonra çıxış üçün sözü din rəhbərlərinə verdi.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin və müfti Hacı Yasin çıxışlarında ölkədə dini vəziyyət, gələcək proqram, görülən işlər və yeniliklər barəsində məclis iştirakçılarını məlumatlandırdıqdan sonra ruhanilərə əmr və məsuliyyətlərini bildirən vərəqələr təqdim etdilər. Onlara gələcək dini, mənəvi fəaliyyətlərində uğurlar arzuladılar. Bütün fəaliyyətləri boyunca dini vəhdəti hifz edərək sağlam – xurafatdan, ifratçılıqdan uzaq İslamın təlim və təbliği, xalqa xidmət və dinin keşiyində durmaqla dövlətdə dinlərarası sülh və səmimiyyətin inkişafı sahəsində tövsiyələr verdilər.
Sonra Marneuli rayon İcra hakimi Merab Topçişvili, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev və nazir müşaviri Zaur Darğallı tədbirlə bağlı fikirlərini bildirərək ölkədə vətəndaşların dini inanclarını azad şəkildə yaşamasından və dövlətin bu sahəyə göstərdiyi dəstəkdən söz açdılar. Dövlət rəsmiləri yeni təyin olunan din xadimlərini təbrik edib onlara hər zaman dəstək olacaqlarını bildirdilər.
Şəkillər açmırsa aşağıdakı xətti tıklayın
46 nəfər din xadimi kəndlərdə rəsmən fəaliyyət göstərmək üçün təyin olundu (Foto)
46 nəfər din xadimi kəndlərdə rəsmən fəaliyyət göstərmək üçün təyin olundu (Foto)
46 nəfər din xadimi kəndlərdə rəsmən fəaliyyət göstərmək üçün təyin olundu (Foto)
46 nəfər din xadimi kəndlərdə rəsmən fəaliyyət göstərmək üçün təyin olundu (Foto)
46 nəfər din xadimi kəndlərdə rəsmən fəaliyyət göstərmək üçün təyin olundu (Foto)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.