haberL haberR

50 yaşlı kişi intihara cəhd etdi

Kateqoriya: Hadisə Yayımlama tarixi: 09.08.2016 11:29:14

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparılır.

Goranboy rayonunda 50 yaşlı kişi intihara cəhd edib.

“Report”un qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü A.Ə. həyat yoldaşı ilə mübahisə zəminində sirkə turşusu içərək intihara cəhd edib.

Zərərçəkən ətrafdakı insanların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub, hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparılır. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.