haberL haberR
Həbs olunanlar ittihamları qəbul etmir və özlərini təqsirsiz sayırlar.

Bu gün Sabunçu Rayon Məhkəməsində noyabrın 5-də "Müsəlman Birliyi Hərəkatı"nın sədr müavini Elçin Qasımovun saxlanılmasına görə, eyniadlı rayonun polis idarəsinin qarşısında toplaşan 6 dindarın məhkəmə prosesi keçirilib. Dindarların 10-30 sutka həbsdən sonra azad olmalarına baxmayaraq, onlara yenidən cinayət işi açılıb. İslamazeri.az xəbər verir ki, Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə dindarlara hökm oxunub.

Rzayev Sahil Xalid oğlu - 6 il 5 ay 15 gün

Vəliyev Niftəli Əşrəf oğlu - 5 il 11 ay 10 gün

Əliyev Anar Yusif oğlu - 5 il 11 ay

Bünyadov Elvin Hatif oğlu - 6 il 1 ay 15 gün

Əhmədov Lətif Süleyman oğlu - 5 il 11 ay 20 gün

Osmanov Teymur Adilxan oğlu - 5 il 11 ay 15 gün

Dindarlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddəsiylə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar. Həbs olunanlar ittihamları qəbul etmir və özlərini təqsirsiz sayırlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.