haberL haberR

63 yaşlı qüsurlu oğluna baxan 101 yaşlı ana vəfat etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 11.08.2015 10:36:49

101 yaşlı ana təngnəfəslikdən əziyyət çəkirmiş

İslamazeri.az xəbər verir ki, qüsurlu doğulmuş 63 yaşlı Əbdülrəhman adlı oğlunun qayğısına qalan 101 yaşlı Meliah Diah dünyasını dəyişib.

Heç bir xroniki xəstəlik görməyən Meliah Diah oğluyla birgə İndoneziyanın Kampung Bukit Nambua şəhərində bacısı qızının evində yaşayırmış. Meliah Diah 20 il öncə həyat yoldaşını itirib. Elə o zamandan bəri təkbaşına əqli və fiziki qüsurlu oğluna baxmağa başlayıb. Qonşuları, eyni zamanda Meliahın bacısı 59 yaşlı Jaleha Yunusun sözlərinə görə, Meliah avqustun 6-da təngnəfəslikdən şikayət edirmiş. 


Əbdülrəhman  anasının nəşinin yanına gətirilib və son dəfə onun üzünə baxıb. Sözügedən anın fotoları sosial mediada ürək ağrısı ilə qarşılanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.