haberL haberR

718 şagird buraxılış imtahanına buraxılmayacaq

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 22.05.2015 17:09:37

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili buraxılış imtahanlarına buraxılmayan və səhhəti ilə əlaqədar imtahandan azad edilən şagirdlərin siyahısını açıqlayıb

TQDK-nın mətbuat xidmətindən  islamazeri.az-a verilən xəbərə görə, 2014/2015-ci tədris ili buraxılış imtahanlarına buraxılmayan və səhhəti ilə əlaqədar imtahandan azad edilən ümumtəhsil məktəbləri buraxılış sinif şagirdlərinin siyahısı ilə komissiyanın saytından tanış olmaq mümkündür.

Bu il 2014/2015-ci tədris ilində məlumatları "Şagird-məzun" sisteminə daxil edilən, lakin buraxılış imtahanlarına buraxılmayan IX sinif şagirdlərinin sayı 94, XI sinif şagirdlərinin sayı isə 624 nəfərdir. Onlar təhsil müəssisəsindən xaric edilməsi,  təhsildən yayındığı üçün biliyi qiymətləndirilməməsi, hərbi xidmətə çağırılması, xarici ölkəyə köçməsi və qeyri-kafi alması səbəbindən imtahana buraxılmır.

2014/2015-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında 1258 şagird buraxılış imtahanlarından azad edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.