haberL haberR

80 yaşlı qadını öldürən kişi əməlindən peşman deyil

Kateqoriya: Kriminal Yayımlama tarixi: 09.05.2016 12:29:04

"Mən düşmənimi öldürmüşəm"

"Mən peşman deyiləm. O, məni ələ salırdı". Anspress-in məlumatına görə, bu sözləri bir neçə gün öncə Xaçmazda qonşusu olan 80 yaşlı qadını qətlə yetirən Xudat sakini Rafiq Şıxverdiyev deyib.

80 yaşlı Fatma İbrahimxəlilovaya çoxsaylı bıçaq zərbələrilə xəsarət yetirərək onu həyatdan məhrum edən 53 yaşlı R.Şıxverdiyev törətdiyi əmələ aydınlıq gətirib. Mərhum qonşusunu 2007-ci ildə xəstə olarkən həyata qaytardığını söyləyən şəxs qadının onu məsxərəyə qoyduğunu bildirib. Onun sözlərinə görə, hadisə baş verən gün də o həyat yoldaşı ilə mübahisə edib. Bundan sonra ahıl qonşusu onu ələ salıb.

"Mən düşmənimi öldürmüşəm. Gör bu yaşda qadın özünü necə aparırdı. Bunu onun özünə də demişdim. Hətta onu görəndə küçədə yolumu da dəyişirdim".

Ölüm faktını araşdıran Xaçmaz rayon prokurorluğundan da mərhumla saxlanılan Rafiq Şıxverdiyevin yola getmədiləri təsdiqlənib. Xaçmaz rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahverənov açıqlamasında bildirib ki, yaxın qonşular arasında mübahisə olub.

Qətl hadisəsi mayın 5-də baş verib. Rafiq Şıxverdiyev qonşusu 80 yaşlı Fatma Ramazan qızı İbrahimxəlilovaya 7 bıçaq zərbəsi endirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.