haberL haberR

9 aylıq körpə əzadarlıq məclisində terror qurbanı oldu (Foto)

Kateqoriya: Dünya Yayımlama tarixi: 31.10.2014 11:38:32

İslamazeri.Az -ın ABNA-ya istinadən verdiyi xəbərə görə, ötən gecə pakistanlı şiələr əzadarlıq etdikdən sonra, məclisi kənarda (küçələrdə) davam etmək məqsədi ilə Hüseyniyyəni tərk etdikləri vaxt yaxınlıqda bomba quraşdırılmış maşın partlayaraq bir nəfərin (9 aylıq körpənin) həyatına son qoyub, bir qrup inanclı isə hadisədən müxtəllif dərəcəli fiziki xəsarətlər alaraq xəstəxanalara yerləşdirilib.

Pakistan Nasibilərinin “Əhli Sünnə vəl Cəmaə” adlı terrorçu qruplaşması tərəfindən törədilən terror hadisəsində 9 aylıq körpə uşağında Şəhid olunduğu xəbəri verilib. Məlumata görə, Karaçi İslam Təqiqat Hüseyniyyəsində baş verən terror aktı zamanı ağır yaralanmış 9 aylıq Fatimə İlyas Bətul xəstəxanaya çatdırıldıqdan sonra dünyasın dəyişib. Həmçinin terror hadisəsi zaman daha 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.