haberL haberR

9-cu sinif şagirdləri ilə bağlı daha bir yenilik açıqlanıb

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 27.05.2015 11:25:28

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanlarında iştirak edəcək 9-cu sinif şagirdlərinə müraciət edib

TQDK-nın mətbuat xidmətindən islamazeri.az-a verilən xəbərə görə, buraxılış imtahanlarında iştirak edəcək 9-cu sinif şagirdləri imtahana gələrkən “imtahana buraxılış vərəqəsi” və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə yanaşı təhsil aldıqları təhsil müəssisəsi tərəfindən verilən fotoşəkilli arayış da gətirməlidirlər.

Həmin arayışda göstərilən şagird şəkli təhsil müəssisəsinin rəhbəri tərəfindən mütləq möhürlə təsdiqlənməlidir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.