haberL haberR

Qeydiyyatı ləğv olunan Xanım Zəhra məscidinin keçmiş icmasıdır

Kateqoriya: İslam Yayımlama tarixi: 14.11.2014 15:23:33 4251 dəfə oxunub.

Mətbuatda yayımlanan xəbərə İslamazeri.az aydınlıq gətirib

İslamazeri.az Suraxanı Rayonu Yeni Günəşli Qəsəbəsi “Fatmeyi-Zəhra” Məscidinin yeni dini icmasının üzvü ilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirib.

 Ali Məhkəmə Suraxanı Rayonu Yeni Günəşli Qəsəbəsi “Fatmeyi-Zəhra” Məscidinin keçmiş dini icmasının qeydiyyatının ləğvinə dair qərari qüvvədə saxlayıb.

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeyi-Zəhra” adına məscidin keçmiş dini icmasının qeydiyyatının ləğv edilməsinə dair qərarı qüvvədə saxlayıb.

 Qeyd edək ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, yenidən dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş müddətdə lazım olan sənədlərini Dövlət Komitəsinə təqdim etməməsini, eləcə də mövcud vəziyyətini və fəaliyyət imkanlarını əsas tutaraq, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının ləğv edilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia ərizəsi təmin edərək “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının ləğv edilməsinə dair qətnamə qəbul edib.

Sonradan keçmiş dini icma apellyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərarı qüvvədə saxlayıb. Lakin dini icma bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib.

13 noybar 2014-cü ildə kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası icmanın ləğvi ilə bağlı qətnaməni qüvvədə saxlayıb. Nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” adına məscidin kemiş dini icmasının 17 oktyabr 1997-ci il tarixli qeydiyyatı ləğv edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.