haberL haberR

“WhatsApp”a maraqlı funksiya gəlir

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 19.11.2014 20:01:20

Android platforması ilə çalışan telefonlar üçün WhatsApp proqramında yenilik edilib. İndi mesajlar ən yüksək səviyyədə kənar müdaxilələrdən, hətta hüquq-mühafizə orqanlarından qorunacaq. 

Android proqramında çalışan messencer şifrələmə dəstəyi alıb. Bu isə o deməkdir ki, heç kim mesajların şifrəsini açıb oxuya bilməz. 

Əgər şifrələnmiş yazışmaq istəyirlərsə, həmsöhbətlər əvvəlcədən yalnız özlərinə məxsus şifrə alacaqlar. Bu konfiqurasiyanın nə vaxt tətbiq olunacağı, hələ ki, bəlli deyil.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.