haberL haberR

"Whatsapp" və "Facebook"dan ağır zərbə

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 23.10.2014 17:30:20

İnternet yolu ilə mesajlaşma proqramları Türkiyə mobil sektor bazarına ağır zərbə vurub.

ANS PRESS-in məlumatına görə, gedərək yayılan "Whatsapp", "Facebook" kimi mesajlaşma proqramları qısa mesajların (SMS) sayını kəskin azaldıb. 

Türkiyədə ötən ilin ilk yarısında 90 milyard 876 milyon olan SMS miqdarı, bu ilin eyni dövründə 27% azalaraq 66 milyard 431 milyona geriləyib. Sözügedən dövrdə görüntülü mesaj (MMS) sayı isə 114,9 milyondan 64,4 milyona düşüb. 
 
2008-ci ildə 77 milyard 837 milyon olan SMS sayı, 2013-ci ilə qədər təxminən yüzdə 128%-lik artımla 177,6 milyard ədəd səviyyəsinə yüksəlmişdi. SMS sayının bu ilin əvvəlindən etibarən isə düşməyə başladığı müşahidə edilir. 

Qeyd edək ki, sözügedən anoloji vəziyyət Azərbaycanda da müşahidə edilir. Ölkədə geniş yayılan "Whatsapp" və "Facebook" kimi mesajlaşma proqramları operatorları çətin vəziyyətə salır. Bunun qarşısını almaq üçün operatorlar müxtəlif kampaniyalar təqdim edirlər. Ancaq, görünür bu təkliflər də SMS və MMS bazarında istənilən effekti vermir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.