Abbas Hüseynov cərimə təcridxanasına salınıb - SƏBƏB

Nardaran hadisələri zamanı həbs olunmuş Abbas Hüseynov iyunun 7-də cərimə təcridxanasına salınıb. Buna səbəb kimi onun saxlandığı kamerada çörək kəsmək üçün nəzərdə tutulan ətrafı itilənmiş qaşığın aşkar edilməsi olub.
Vəkil Fariz Namazlının Meydan TV-yə verdiyi məlumaya görə, həmin qaşıq barədə təcridxana əməkdaşlarının məlumatı olub: “Belə ki, hər gün kameralarda səhər yoxlanışı zamanı qaşıq stolun üstündə olub, nədənsə 7 iyunda təcridxana əməkdaşları həmin qaşığa görə kamerada saxlanılan Abbasla birlikdə digər 3 nəfəri də cərimə təcridxanasına salıblar. Abbas Hüseynova 5 gün müddətinə cərimə təcridxanasında saxlanılması nəzərdə tutulsa da, həmin müddət həftə sonuna düşdüyündən onu bazar ertəsi, yəni 13 iyuna qədər cərimə təcridxanasında saxlayıblar. Səbəb kimi rəisin bazar günü təcridxanada olmaması ilə izah ediblər”.
Vəkil deyir ki, cərimə təcridxanasında saxlanılarkən qanunvericiliyin tələbləri pozulub, belə ki, A.Hüseynova gün ərzində yalnız bir dəfə 15 dəqiqə olmaqla gəzintiyə çıxmağa icazə veriblər. Həmçinin ona gündəlik istifadə üçün şəxsi gigiyenik əşyalar verməyiblər: “Cərimə təcridxanası saxlanmaq üçün tamamilə yararsız vəziyyətdə olub, belə ki, tarakan və digər həşəratlar cərimə kamerasında saxlanılan şəxslərlə otağı bölüşüblər.
İstintaq Təcridxanalarının Daxili İntizam Qaydalarına görə, cərimə təcridxanasında yerləşdirilən həbs edilmiş şəxslər hər gün ən azı 1 saat gəzinti hüququna malikdirlər .
Qaydanın 34.2-ci maddəsinə görə, cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxslərin səhhətinə tibbi-sanitariya məntəqəsinin tibb işçiləri tərəfindən gündəlik nəzarət edilir. Bu barədə həbs edilmiş şəxsin tibb kitabçasında və təcridxana jurnallarında müvafiq qeydlər aparılmalıdır.
34.4-cü maddəyə görə, cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxslər fərdi çarpayı və yataq ləvazimatı ilə təmin edilməlidir. Onlara özləri ilə əl-üz dəsmalı, sabun, diş məcunu, diş fırçası, tütün məmulatları, kibrit və müəyyən olunmuş sayda kitab (jurnal) və ədəbiyyat istisna olmaqla, ərzaq məhsulları və digər şəxsi əşyaları götürmək qadağandır. Cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxslərə isti üst paltarı yalnız onlar gəzintiyə çıxarılarkən verilməlidir.
Bu normalar təcridxana əməkdaşları tərəfindən pozulub. Təbii ki, Penitensiar Xidmətin və ya Bakı İstintaq Təcridxanasının səlahiyyətli nümayəndəsi bu xəbəri təkzib edəcək, cərimə təcridxanasının müasir standartlara uyğun gəldiyini və orada Abbas Hüseynovun hər hansı hüququnun pozulmadığını bildirəcək. Məsləhət görərdim ki, belə açıqlama verməzdən əvvəl həmin şəxslər ən azından Abbas Hüseynovla söhbət etsinlər”.
Penitensiar Xidmətdən Meydan TV-nin bununla bağlı sualını cavablandırmaq istəməyiblər.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.