haberL haberR

Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi

Kateqoriya: İslam Yayımlama tarixi: 07.01.2015 16:36:22 4241 dəfə oxunub.

Hacı Abgül Süleymanov 8 saylı qapalı rejimli həbsxanadan bir az əvvəl zəng edib

İslamazeri.az-ın verdiyi xəbərə görə, Hacı Abgül Süleymanov yaxınları ilə telefon əlaqəsi saxlayıb.

O, öz başsağlığını AİP lideri Hacı Mövsüm Səmədova çatdırmağı tapşırıb: “Hacı Mövsüm Səmədovun atasının ölüm xəbərini eşitdim. Allah mərhum ataya rəhmət etsin. Hacıya bu münasibətlə dərin hüznlə başsağlığı verirəm. Hacıya deyin ki, narahat olmasın. Necə ki, biz birlikdə imam Zaman (ə.f) ağanın atası imam Həsən Əskərinin (ə) şəhadət gününü qeyd edirdik, o həzrətdə, heç şübhəsiz bizim atamızın yasında iştirak edəcəkdir. Allah o İmamın razılığını əldə edənlərdən olmağımıza yardımçı olsun”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.