haberL haberR

Abgül Süleymanov xüsusi qapalı həbsxanaya göndərilib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 29.12.2014 13:22:44 4830 dəfə oxunub.

Abgül Süleymanov başqa həbsxanaya köçürülüb

Hicab məhbusu, tanınmış ilahiyyatçı Hacı Abgül Süleymanov 13 saylı CM-dən köçürülüb.

 Vəkil Zaman Səmədovun islamazeri.az-a verdiyi məlumata görə, hicab məhbusu Abgül Süleymanov 13 saylı CM-dən 8 saylı qapalı tipli CM-ə köçürülüb: “Hələlik özü ilə görüşə bilməmişəm. Görüş üçün müvafiq qurumlara müraciət edəcəm. Hazırda işlər gedir. Amma hələ qanuni qüvvəyə minməmiş digər qapalı rejimli həbsxanaya köçürülməsi düzgün deyil. Amma qanunda o da var ki, qapalı rejimli həbsxanadan xüsusi cəza çəkmə müəssisəsinə köçürülmə nəzərdə tutulub,  yəni burada qanunsuzluq  yoxdur”.

 Vəkil onu da qeyd edib ki, tərəfindən hazırda iş üzrə müvafiq işlər davam etdirilir: “Əlavə məlumatlar əldə olunan kimi veriləcək”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.