haberL haberR

Abituriyentlə TQDK arasında qalmaqal

Kateqoriya: Ölkə Yayımlama tarixi: 19.08.2016 16:22:14

“Bununla bağlı Apellyasiya Komissiyasına müraciət etdim. Müəllim məni təhqir etdi. Sual belə idi ki, Yaponiyada gənc zabitlərin çevriliş etmələrinə nə səbəb olub?"

İyunun 1-də magistraturaya imtahan vermiş İbrahim Rüstəmov apellyasiya şikayətinin təmin olunmaması ilə bağlı “Qafqazinfo”ya müraciət edib.

O bildirib ki, imtahana təqdim edilmiş test suallarının birinin tərtibində yanlışlığa yol verilib: “Bununla bağlı Apellyasiya Komissiyasına müraciət etdim. Müəllim məni təhqir etdi. Sual belə idi ki, Yaponiyada gənc zabitlərin çevriliş etmələrinə nə səbəb olub?

Komissiyaya bildirdim ki, belə çevriliş cəhdi iki dəfə olub. Ona görə də sualda dəqiq hansı tarixdə baş verən çevrilişdən söhbət getdiyi aydın olmalı idi. Müəllim isə bunu araşdırmaq əvəzinə məni təhqir etdi”.

Şikayətlə bağlı “Qafqazinfo” Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə ilə əlaqə saxlayıb. O bildirib ki, hər imtahandan sonra Apellyasiya Komissiyası yaradılır: “Sözügedən şəxs də bununla bağlı bizə müraciət edib. Müraciət araşdırılıb və əsassız olduğu izah edilib. Hər il tərtib olunan qəbul proqramının sonunda ədəbiyyat siyahısı göstərilir. Göstərilən siyahıdan kənar ədəbiyyatdan istifadə olunmur. Sual da Rodriqez adlı müəllifin kitabından götürülüb. Həmin kitabda da cəmi bir qiyamdan söhbət gedir. Şikayətçi özündən əlavə kitablar təqdim edib. Test abituriyentə izah olunub. Onun müraciətinə tərəfimizdən yazılı şəkildə də cavab verilərək ünvanına göndərilib”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.