haberL haberR

ABŞ-a bağlı koalisiya Suriya və İraqda dinc əhalini hədəfə almasını etiraf etdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 29.07.2016 17:10:38

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İraq və Suriyadakı cinayətlərini etiraf edib

İslamazeri.az-ın SANA agentliyinə istinadən verdiyi xəbərə əsasən,  ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya,  son aylarda İraq və Suriyada endirmiş olduğu hava zərbələri nəticəsində mülki əhali arasında qurbanların olmasını etiraf edib.

 2014-cü ildən fəaliyyət göstərən koalisiya, endirdikləri zərbələr nəticəsində dinc sakinlərin ölməsinə əhəmiyyət vermirdi. Koalisiya rəsmi şəkildə cəmi 55 nəfərin həyatını itirməsini etiraf edib, halbuki, faktlar və məlumatlar daha çox qurbanın olmasını göstərir.
 AFP agentliyi qeyd edib ki, koalisiya mülki əhali arasındakı qurbanların sayını nəzərə çarpacaq qədər azaldır.
 Xatırlatmaq lazımdır ki, Fransa HHQ-in Mənbic şəhərindən şimalda yerləşən Tuhan əl-Kubra kəndinə endirmiş olduğu zərbələr nəticəsində əksəriyyətinin qadın və uşaqlar təşkil etdiyi 120 dinc sakin həyatını itirmişdi.
 “Airways” layihəsinin hüquq-mühafiz məruzəsində qeyd edilir ki, Suriya və İraqda koalisiyanın hava zərbələri nəticəsində həyatını itirmiş qurbanların ümumi sayı 1,5 mindən çoxdur.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.