haberL haberR

ABŞ bombardmanından qorxaraq 40 il cəngəllikdə yaşamış ata və oğul - Video

Kateqoriya: Həyat Yayımlama tarixi: 11.07.2016 20:18:42

Bu yaxınlarda ata və oğulu, onların sağ qalmış qohumları tapıb.

İslamazeri.az xəbər verir ki, 40 ildən çox amerikan bombardmanından qorxaraq Vyetnam meşələrində gizlənən ata və oğul sivilizasiyaya geri dönüblər. "International Business Times" bildirir. 1964-1975- ci illərdə davam etmiş Vyetnam müharibəsi zamanı Van Than öz oğlu Xo Van Lanq ilə birlikdə 1972-ci ildə ABŞ aviasiyasının hücumuna məruz qalıblar. Amerika bombradmanı ailənin yaşadığı kəndi tamamilə  dağıdıb, onların bütün qohumları isə demək olar ki, həlak olublar. Van Than oğlunu götürərək cəngəlliyə yollanıb. O, orada 40 il ərzində gizlənərək, müharibənin hələ də davam etdiyini düşünürdü.

“Hətta yaxınlıqda insan görünən zaman, biz onlardan kənar gəzməyə çalışırdıq və cəngəlliyin içərilərinə doğru gedərdik.”, – deyə Xo Van Than bildirib.

Bu yaxınlarda ata və oğulu, onların sağ qalmış qohumları tapıb. O, onları çox çətinliklə evə dönməyə razı sala bilib. Lakin onlar kəndə geri dönməyə, Van Thana tibbi yardım lazım olan zaman razı olublar. Ata və oğul çox asanlıqda cəngəllikdə həyata uyğunlaşa biliblər və özləri üçün qida əldə etməyi öyrəniblər. Lakin Van Lanq dünyadan tamam ayrı düşüb –  42 yaşında olmasına baxmayaraq zaman haqda heç bir təsəvvürə malik deyil, onun üçün ən böyük möcüzə isə elektriklə tanışlıq olub. Hazırda o, əkinçiliklə məşğuldur və evlənməyə hazırlaşır.

Xatırladaq ki, Hind-Çin yarımadasındaki silahlı qarşıdurma 14 ildən çox davam edib – 1960-cı ilin sonundan, 1975-ci ilin aprel ayının 30-na qədər davam edib. 8 il boyunca ABŞ Vyetnam Demokratik Respublikasının işlərinə açıq hərbi müdaxilə edib. Hərbi əməliyyatlar həmçinin Laos və Kambocanın bir sıra rayonlarında da baş tutub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.