haberL haberR

ABŞ-da 9 nəfərin öldüyü kilsə terrorunu törədən şəxs yaxalandı

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.06.2015 13:18:27

21 yaşlı terrorçu saxlanılıb

İslamazeri.az "Reuters"-ə istinadən xəbər verir ki, ABŞ-ın Cənubi Karolina ştatının Çarleston şəhərində qaradərililərə məxsus kilsəyə təşkil olunan terror hücumunu törədən şəxsin kimliyi məlum olub. 
Cinayəti törədən şəxs 21 yaşlı (Dylan Roof) Dilan Rufdur. Cinayətkar Şimali Karolina ştatında yaxalanıb.

Şahidlərin sözlərinə görə, o kilsədəkilərə atəş açmazdan əvvəl, "Bunu etmək məcburiyyətindəyəm. Ölkəmizi ələ keçirirsiniz. Rədd olun, gedin!" deyə qışqırıb. Dilan Rufun "Facebook" hesabına baxış zamanı onun irqçi fotolar paylaşdığı məlum olub. Cinayətkarın geydiyi köynəyin üzərində Cənubi Afrikadakı irqçi aparteid rejiminin  bayrağının olduğu gerblər əks olunub.
Xatırladaq ki, bu terror aktı nəticəsində 9 nəfər dünyasını dəyişib, 1 nəfər isə yaralanıb. 
ABŞ prezidenti Barak Obama terror aktını qınayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.