ABŞ-da şiə məktəbinin 4 önəmli kitabı ingilis dilinə tərcümə olunub
Amerikada şiə məktəbinin 4 önəmli kitabı, “Həzrət Fatimənin (s.ə) həyatı”, “Vilayət Nuru”, “İslam haqqında hamının bilməli olduğu” və “Özünü islah” kitablarının ingilis dilinə tərcüməsi nəşr olunub. Bu kitabların həmçinin, elektron versiyası da işlənərək, hazırlanıb.

Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, bu 4 kitabı Amerikada yaşayan Hindistan əsilli şiə Seyid Hüseyn Ələmdar ingilis dilinə tərcümə edib və kitablar Ater House nəşriyyatı tərəfindən çap olunub.
“Həzrət Fatimənin (s.ə) həyatı” kitabının müəllifi Seyid Münzər Həkim, “Vilayət Nuru” kitabının müəllifi Ayətullah Cəfər Sübhani və “İslam haqqında hamının bilməli olduğu” kitabı ilə “Özünü İslah” kitabı isə Ayətullah İbrahim Əmini tərəfindən qələmə alınıb.
İngilis dilinə tərcümə edilmiş bu kitabların təqdimat mərasimi Məhərrəm ayı ərəfəsində və Nyu Yorkun İmam Əli(ə) məscidində keçirilib.
Seyid Hüseyn Ələmdar bu kitabları ingilis dilinə tərcümə etməkdə məqsədinin Amerikada həqiqi İslam maarifini yaymaq olduğunu bildirib.
Bu dörd kitabın ingilis dilinə tərcüməsi İnternet kitab mağazası olan Amazon vasitəsi ilə internetə yerləşdirilib və Əhli-Beyt (ə) aşiqlərinin ixtiyarına verilib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.