haberL haberR

ABŞ-da xristian qadına vəsiqə üçün "hicablı" şəkil qadağası

Kateqoriya: Dünya Yayımlama tarixi: 31.08.2016 14:48:15

ABŞ-da xristian qadın ona vəsiqə üçün şəkildə "hicabla" şəkil çəkməyə icazə verilməsini tələb edir

İslamazeri.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Alabama ştatında sürücülük vəsiqəsi şəkli üçün yaylığını (baş örtüsünü, "hicabını") açmağa məcbur edilmiş xristian qadın məhkəmə vasitəsi ilə ona baş örtüsündə şəkil çəkməyə icazə verilməsini tələb edir.

Məhkəmə iddiasını "Amerika Vətəndaş Haqqlarının Müdafiəsi İttifaqı" qaldırıb.

Hadisə dekabr ayında baş verib, lakin bu haqda yalnız indi məlum olub. Taskiqi şəhərinin sakini İvon Allen bildirib ki, o yeni vəsiqə üçün şəkil düzəltdirən zaman məhkəmə katibi ona deyib ki, (vəsiqəyə şəkil çəkdirən zaman) saçlarını örtmək hüququna yalnız müsəlman xanımlar sahibdirlər.

"Onlar məni sürücülük vəsiqəsinə şəkil çəkdirmək üçün yaylığımı açmağa məcbur edən zaman mən özümü çox pis hiss etdim. Mənim saçlarımın digər insanlara göstərilməsi Allahın iradəsinə itaətsizlikdir. Mən də digər din nümayəndələrinin sahib olduğu haqlara sahib olmalıyam.", – deyə Allen bildirib.

Fəallar məhkəmədən qadına yaylıqla şəkil çəkdirməyə icazə verməsini istəyir. İddiada deyilir ki, Allenin dini hüquqları pozulub, vəkillər həmçinin dövləti öz bəzi vətəndaşlarının dini baxışlarını nəzərə almaqda ittiham edib.

Qeyd edək ki, ABŞ 2004-cü ildən insanların dini baxış və ya sağlamlıq vəziyyətinə görə onlara baş örtüsü ilə şəkil çəkdirməyə icazə verən siyasət yürüdür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.