haberL haberR

ABŞ-dan İŞİD terror təşkilatına yardım

Kateqoriya: Dünya Yayımlama tarixi: 13.10.2015 12:38:34

Toyotaların terrorçulara ABŞ tərəfindən verildiyi məlum olub

İslamazeri.az "On4haber"-ə istinadən xəbər verir ki, Ron Paul Sülh və Rifah İnstitutu tərəfindən İŞİD-in istifadə etdiyi Toyotalarla bağlı verilən açıqlama nəticəsində avtomobillərin terrorçu təşkilata ABŞ tərəfindən verildiyi məlum olub.

İnstitutdan verilən məlumata görə, ABŞ Xarici İşlər Nazirliyi və Böyük Britaniya hökuməti Toyota markalı maşınları 2014-cü ildə Bəşər Əsədə qarşı döyüşən terrorçu qüvvələrə göndərib.

Açıqlamada "ABŞ Maliyyə Nazirliyi İŞİD-in əlindəki Toyota markalı avtomobillərlə bağlı sualı Toyota şirkətinə deyil, ABŞ Xarici İşlər Nazirliyinə göndərməli idi. Vaşinqton bu məsələdə Toyotaya suallar yönəldərək, insanların İŞİD-in əlindəki  avtomobillərə görə ABŞ-dan şübhələnməsinə mane olmaq istəmiş ola bilər", - deyə qeyd olunur.

ABŞ rəhbərliyi İŞİD terror təşkilatının çox sayda  Toyota markalı avtomobilə necə sahib olmasının aydınlaşdırılması üçün şirkətdən məlumat tələb etmişdi. Toyotodan Vaşinqtona "Terror təşkilatlarının avtomobillərimizə necə sahib olduqları mövzusunda heç bir məlumata malik deyilik", - deyə cavab gəlmişdi.

Toyota şirkətinin  ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru Ed Luis tərəfindən verilən açıqlamada avtomobillərin hərbi məqsədlər və ya terrorçu fəaliyyətlər üçün istifadə, yaxud modifikasiya edə biləcək şəxslərə satılmaması üçün şirkətin ciddi qaydalarının olduğu bildirilmişdi. Luis bundan başqa, avtomobillərin üçüncü şəxslər tərəfindən satın alınmasını və ya oğurlanmasını təqib edə biləcək imkanlara sahib olunduğunu da vurğulamışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.