haberL haberR

ABŞ-dan Qarabağla bağlı açıqlama

Kateqoriya: Siyasət Yayımlama tarixi: 28.04.2016 10:05:28

Bundan 3 gün əvvəl isə ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə zəng vurub

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner anspress-in ABŞ bürosunun müxbiri Qənirə Ataşovanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandırarkən deyib.

Dağlıq Qarabağda qoşunların təmas xəttində gərginliyin hələ də davam etdiyini bildirən Toner qeyd edib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri regiona səfər edib.

"Biz hər iki hökumət, münaqişənin hər iki tərəfi ilə təmasda olmuşuq. Biz Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xətti boyunca hər hansı zorakılığı ən qəti şəkildə pisləyirik və tezliklə sülh prosesi görmək istəyirik", - Toner deyib.

Bundan 3 gün əvvəl isə ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə zəng vurub. Kerri İlham Əliyevlə telefon söhbəti zamanı Qarabağda yaranan gərginliyə görə natahatlığını ifadə edib.

"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub. Kerri Dağlıq Qarabağ münaqişəsində atəşkəsə riayət olunmasının və münaqişənin nizamlanması üçün danışıqlara başlamağın vacibliyini bildirib", - dövlət departamentinin rəsmi nümayəndəsi Con Kirbi telefon zəngi ilə bağlı açıqlama verib.

Azərbaycan və Ermənistan arasında aprelin əvvəllərində 4 günlük müharibə baş verdi. Ermənilər aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində təxribata cəhd ediblər.

Azərbaycan Ordusu sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri ermənilərdən tam azad edib.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi ermənilərdən tam təmizlənib. Strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Daha sonra atəşkəs barədə razılıq əldə olunsa da Ermənistan silahlı qüvvələri aprelin 25-i gecə saatlarından etibarən cəbhə xəttində təxribatlara əl atıb. Erməni silahlı bölmələri Azərbaycanın cəbhə bölgəsində yerləşən yaşayış mənəqələrini artilleriya atəşinə tutub. Nəticədə 1 dinc sakin dünyasını dəyişib, 4 nəfər isə yaralanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.