haberL haberR

"ABŞ elə böyük şeytan olaraq qalır..." - İmam cümə

Kateqoriya: Region Yayımlama tarixi: 22.01.2016 19:09:20

"Vəzifəni yağlı tikə zənn edənlər halal ya haram yolla onu əldə etmək üçün çalışacaqlar."

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, bu sözləri Tehranın bu həfətki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi deyib.

O  dövlətin hər hansı bir qrumunda vəzifə daşıyanların postlarının əmanət verdiyini qeyd edərək deyib: “Bu düşüncə ilə meydana atılmalı və əmanəti layiqinə verməliyik. Məsuliyyət yağlı tikə deyil. Bir müddət şəxsə tapşırılan əmanətdir. Məsuliyyəti əmanət bilən onu əldə etmək üçün hər yola əl atmaycaqdır. Lakin onu yağlı tikə zənn edənlər halal ya haram yolla onu əldə etmək üçün çalışacaqlar.”

Sözlərinin davamında İranın 5+1 ölkələri ilə əldə etdiyi razılığa toxunan imam cümə: “Mən xalqıma bunun üçün xüsusi təşəkkürümü bildirirəm. Sizin dözümünüz və yetişdirdiyiniz övladlar sayəsinə biz bu qələbəni qazandıq. Həmçinin müzakirə heyətinə və xüsusən xarici işlər nazirimizə təşəkkürümüzü bildiririk. Bu bir qələbə və sanksiyaların qismən ləğvi idi. Bu razılığı ifrat şəkildə təbliğ edənlər bilsinlər ki, bu yolda ciddi əvəzlər də ödənildi. Heç bir iranlı bizim əldə verdiklərimizi görüb də heyfslənməyə bilməz. Bunlara sahib olmaq üçün 12 ildirki alimlərimiz əziyyət çəkirlər. Razılığı məğlubiyyət və vətəni satmaq kimi dəyərləndirənlər də yanılırlar. Ölkə bu cür ayıq rəhbəri ola ola satıla bilərmi? Rəhbərimiz müzakirə heyətini əmanətdar, dindar, şücaətli biləndən sonra bu necə baş verə bilər? Qələbəni şəxsiləşdirməməli və xalqa borclu olduğumuzu unutmamlıyıq. ABŞ-ın bizə jest etdiyini düşünmək düşmənin üzünü bəzəmək deməkdir. Obama sanksiyaları ləğv etdiyi anda əleyhimizə yeni sanksiyalar tətbiq etdi. Bu onu göstərir ki, ABŞ elə böyük şeytan olaraq qalır. Ölkədə olan bəziləri ABŞ-a meyillidirlər. Onlar “ABŞ-a ölüm!” deyən millətimizə radikal deyirlər. Onlar xalqı anlamır və ölkəni geriyə aparanlardırlar.”deyə danışıb.

Ayətullah Xatəmi ölkədə keçiriləcək  seçkilərə toxunaraq deyib: “Bəzilərinin namizədliyi qəbul olunmadı. Bu o demək deyil ki, onlar artıq cımiyyətin heç bir yerində dövlətə xidmət edə bilməzlər. Düzdü onlara nəzarət edənlər məsum deyillər, amma həqiqətən də dindar alimlərimizdir. Namizədlər tribunlardan dedikləri sözlərə diqqət etsin. Heç kim ölkənin qəbiristanlığ səssizliyinə qapılmasını istəmir. Əlbəttə ki, tənqid olmalıdır, amma sancaraq yox.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.