haberL haberR

ABŞ HHQ-sinin Liviyaya zərbələri ölkəni İŞİD-dən uzun müddətlik azad etməyəcək (Təfərrüat)

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.08.2016 18:19:28

"ABŞ-ın koalisiya formalaşdırmadan tək hərəkətə keçməsi əməliyyata effektivlik vermir."

İslamazeri.az-ın "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə əsasən, "ABŞ HHQ-sinin Liviyanın Siirt şəhərinə endirdiyi zərbələr uzunmüddətli perspektivdə müsbət nəticələrə səbəb olmayacaq. Siyasi böhran qaldığı kimi, İŞİD terror təşkilatının ölkədəki mövcudluğu da qalacaq.", - Bunu Liviya üzrə mütəxəssis Ceyson Pek bildirib.

Bazar ertəsi günü ABŞ HHQ Liviya Milli Birlik Hökumətinin istəyi ilə Siirtdə İŞİD terrorçularına ilk zərbələri endiriblər. Yeni rəhbərliyin nəzarətində olan Misrata şəhərindən olan dəstələr isə orada iyun ayından bəri yerüstü quru əməliyyatları aparır.

“Eye on ISIS in Libya” monitorinq mərkəzinin qurucusunun fikrincə, ABŞ-ın işə qarışması hardasa 2011-ci ildəki Liviya lideri Müəmmar Qəddafiyə qaşı üsyanın bir mərhələsini xatırladır. Üsançıların hərəkətləri çıxılmaz vəziyyətə düşdükdə NATO aviazərbələrinə dair sorğu Tripolinin məğlub olmasında əsas rolu oynadı.

C. Pekin sözlərinə görə, ABŞ-ın Siirtə zərbələrinin davam etdirməsi orada azmüddətli perspektivdə İŞİD-ə qarşı sıçrayış (irəliləmə) etməyə imkan verəcək, lakin uzunmüddətli perspektivdə isə nəticələr mənfi olaraq görünür. 

“Hətta əgər Siirti azad edərlərsə, İŞİD-in Liviyadaki mövcudluğu qalacaq. Siyasi böhran isə dəfedilməz olaraq qalacaq. Ölkəyə təkcə aviazərbələr yox, genişmiqyaslı siyasi proses lazımdır”, – deyə mütəxəssis bildirib.

Araşdırmaçı qeyd edib ki, ABŞ-ın koalisiya formalaşdırmadan tək hərəkətə keçməsi əməliyyata effektivlik vermir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.