Azad Suriya Ordusunun cinayətləri İŞİD-dən fərqlənmir - Video
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 17.04.2016 12:28:39

İslamazeri.az-ın "RT"yə istinadən verdiyi xəbərə görə, keçmiş Suriya əsgəri, anonimliyin qorunması şərti ilə, terrorçuların onu necə fərarilik etməyə məcbur etməsi haqda danışıb.
Bu insan təhlükəsizlik səbəbi ilə öz üzünü göstərmir. O, RT-nin müxbiri ilə razılığa gəllib ki, onun şərti adı Abdel olsun. Abdel, Suriya hökümət ordusunun çağırışçısı idi, və müxalif qüvvələrin çoxluq təşkil etdiyi Suriyanın şimalında yaşayırdı. Abdel, körpə oğlu öldürüləndən sonra vətənini tərk etmək məcburiyyyətində qalıb.
“Azad Suriya Ordusu" mənim hökümət qoşunlarına məxsus nəzarət keçid məntəqəsində qulluq etdiyimi biləndən sonra, mənim onlara (red. – ASO terroçularına) qoşulmağımı istədi. Onlar mənim 1 ay yarımlıq körpəmi qaçırdıqdan sonra, mənə dedilərki mənim Suriya ordusundan çıxıb, “Azad Suriya Ordusu"na qoşulmaq üçün 3 gün vaxtım var.” , – deyə Abdel bildirib.
Abdel, qarətçilərin ona göndərdiyi şəkilləri göndərdiyi şəkilləri göstərir: Balaca İbrahim – hələ sağdır, və psixoloji təsir göstərmək üçün başı qopardılmış oyuncaq kukla, və... yarı çılpaq edilərək boğazına qılınc dirədilmiş körpə (red. – Abdelin oğlu).
“Gecə yarısı onlar mənim evimin qarşınına qara plastik toba gətirdilər. Torbada mənim oğlumun parçalanmış (doğranmış) bədəni var idi.”, –deyə Suriyalı qaçqın xatırlayır.
Növbəti gün Abdelə zəng edərək, təhdid etdilər ki, əgər ASO-ya (Azad Suriya Ordusu) qoşulmasa, digər iki övladını da eyni şey gözləyir. Elə həmən gün, Abdel öz ailəsini də götürərək Türkiyədəki qaçqınlar düşərgəsinə daşındı. Və bir daha Suriyaya geri dönməyib. Abdelin sözlərinə görə, ASO terrorçuları insanların yaxınlarını oğurlayaraq onları şantaj edirlər.
“Əgər siz onların tələblərini yerinə yetirməsəz, onlar sizin oğlunuzu, ananızı, bacınızı öldürəcəklər.” – deyə Abdel bildirib.
Bu hadisə 2012-ci ildə olub. Abdel bildirir ki, onun övladını qaçıranlar ASO – Suriya münaqişəsinin ilk mütəşəkkil silahlı qruplaşması idi.
Qərbli siyasətçilər ASO-nu legitim hesab edərək, ona maliyyə və hərbi yardımlar etməyə başlamışdılar.
“Biz qərara gəldik ki, Suriya müxalif koalisiyası lazımi qədər ölkə əhalisinin maraqlarını ifadə edir, və buna görə də biz onları (red. –ASO) Suriya xalqının legitim təmsilçisi hesab edirik.”, – deyə ABŞ prezidenti Barak Obama bildirib.
2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi vəzifəsində çalışmış Hillari Klinton da Obamanın dediklərini təkrarlamışdı.
“Son dərəcə vacibdir ki, ABŞ, həmçinin bizim müttəfiq və həmkarlarımız da, Suriya müxalifətinin güclənərək Əsəd, Hizbullah və İran tərəfindən dəstəklənən silahlı qüvvələrə lazımi müqavimət göstərə bilməsi üçün, onlara (red. – müxalifət) bütün lazımi dəstəyi göstərməlidir.” , – 2011-2014-cü illərdə ABŞ-ın mətbuat katibi işləmiş Cey Karni bildirib.
Abdelin sözlərinə görə, ASO yaraqlıları, öz cərgələrini doldurmaq üçün, İŞİD-dən daha əvvəl vəhşiliklər törətməyə başlayıblar. Fərarilik psixoloji müharibənin ən əsas vasitəsidir. Və onlar bu istiqamətdə bütün vasitələrə əl atırlar.
Fərarilik halları KİV-lər tərəfindən geniş şəkildə işıqlandırılırdı. Bəziləri hesab edir ki, buna görə əsgərlərin müxalifət cərgələrinə keçmələri daha da sürətləmişdir. Əsədi devirmək istəyən xarici qüvvələr, bu cür texnikanın (red. – KİV-dən istifadə) müharibənin gedişinə nə cür təsir göstərə biləcəyini anlayıblar. Hillari Klintonun elektron yazışması sübut edir ki, Suriya ordusunda olan fərarilik halları izləmək (təqib etmək) üçün proram hazırlanırdı.
Görəsən bu şəxslərdən kimsə, əsgərlərin hansı şərtlər altında müxalifət cərgələrinə “qoşulduqlarını” bilirmi? Lakin Abdelin hadisəsindən aydın olur ki, fərarilik edənlərin hamısı bunu könüllü şəkildə etməyib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.