haberL haberR

ABŞ-ın vitse prezidenti çıxışında "Əl-Qaidə"nin Suriya qoluna dolayısı yolla dəstək verdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.06.2016 18:29:05

ABŞ-ın vitse prezidenti, müxtəlif mövzular ətrafında çıxış edib

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, İranın bölgədə olan siyasəti ilə mübarizə apardığını deyən Co Bayden bildirib: “Biz hazırda bu işlə məşğuluq. Bunun göstəricisi də budur ki, İran Yəmənə silah göndərmək istədiyi zaman, biz onları dənizdə mühasirəyə alaraq, buna icazə vermədik. Biz bunu, BMT-nin göstərişinə əsasən etdik. Biz bacardığımız qədər İrana cavab veririk.”

Suriya böhranına toxunan Bayden daha sonra "Əl-Qaidə" terror şəbəkəsinin Suriya qolu "Nusra cəbhəsi" terror qruplaşması ilə bağlı maraqlı etirafları ilə yadda qalıb.

O bu mövzuda “Baxın! “Nusra Cəbhəsi” terror qruplaşmasıdır. Bu qrup, bizim təlim keçdiyimiz qüvvələrlə həmkarlıq edir. Çünki onların hamısı Əsədə qarşı savaşır və onunla düşməndirlər.", -deyə qeyd edib.

"Biz Əsədlə qarşı-qarşıya gəlmək istəsək, İran və Rusiyanı da nəzərə almalıyıq. Rusiyanın güclü silahları var. Belə olan halda rus silahlarını və qırıcılarını da hədəfə almalıyıq. Biz bunu bacararıq, lakin bunun dəyəri varmı? Putinin özü Suriyada çaşbaş qalıb və necə həll edəcəyini bilmir. Rusiya iqtisadi çökmək üzrədir və milyardlarla dollar Ukrayna və Suriyada gedən savaşlara xərcləyir. Belə olan halda onları qalib hesab etmək olmaz.”, -deyə Co Bayden əlavə edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.