haberL haberR

ABŞ: "İranın İraqda olması xeyirlidir, Səudiyyə etiraz etsə də..."

Kateqoriya: Siyasət Yayımlama tarixi: 29.06.2016 15:11:44

Vaşinqton, İranın İraqda olmasının terrorla mübarizə üçün xeyirli olduğunu bildirib.

İslamazeri.az-ın “CNN”-ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın dövlət katibi Con Kerri, İŞİD-in İran və Amerikanın ortaq düşməni olduğunu dilə gətirərək bildirib: “Rəsmi Riyad buna etiraz etsə də, İranın İraqda olması xeyirlidir. İranla aramızda müəyyən problemlərin olduğu hamıya məlumdur. Biz bu problemlərin həlli uğrunda çalışırıq. Lakin onlar İraqda, tamamilə İŞİD-lə mübarizəyə adaptasiya olublar. Bizim bu mövzuda mənafeyimiz ortaqdır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.