haberL haberR

ABŞ İranın raket sınaqlarını BMT-də müzakirəyə çıxaracaq

Kateqoriya: Siyasət Yayımlama tarixi: 12.03.2016 12:31:37

Rəsmi Vaşinton İranın son raket sınaqlarının BMT-də müzakirəyə qoyulacağından xəbər verib

İslamazeri.az-ın “NTV”-yə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Pauer bazar ertəsi bu barədə iclasın təşkil olunması üçün təşkilata müraciət edib.

“Biz bu təhlükəli sınaqları BMT-də müzakirə edəcəyik. Bu sınaqlar, müttəfiqlərimizlə birgə İranın raket proqramını zəiflətmək üçün daha çox çalışmalı olduğumuzu göstərir", - deyə Pauer bildirib.

Qeyd edək ki, ABŞ tərəfi İranın son raket sınaqlarını nüvə müzakirələrində əldə olunan razılığın pozulmasına şərait yaratdığını iddia edirlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.