haberL haberR

ABŞ İŞİD-in Qərbdə törətdiyi terror aktlarından danışıb (Təfərrüat)

Kateqoriya: Dünya Yayımlama tarixi: 04.08.2016 20:15:12

Son il ərzində baş vermiş ən iri terror aktları Parisdəki noyabr hadisələri (450 ölü və yaralı), Büssel (335) və Nitsa (285) terror aktları olub.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin hesabatında deyilir ki, İŞİD terror təşkilatının üzvləri və tərəfdararı 2014-cü ildən 2016-cı ilin iyul ayına qədər  qərb ölkələrində 10 terror aktı törətmək cəhdi ediblər. Cəhdlərin 44 faizində onlar istədiklərinə nail ola biliblər.

ABŞ İŞİD üzvləri və tərəfdarlarının hücum cəhdlərinin sayına görə 1-ci yerdədir. İŞİD-lə bağlı Qərb ölkələrinə edilən hücumların təxminən 40 faizi məhz ABŞ ərazisində baş verir, ya da bu ölkənin xaricdə olan vətəndaşlarına qarşı tuşlanır. Hücumlar arasında Orlandoda baş vermiş atışma, San-Bernardino, Kalforniyada yerləşən universitetin kampusuna edilmiş bıçaqlı hücum, ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfirliyinə hücum cəhdi, Nyu-York və Vaşinqtonda partlayıcı qurğuları işə salmağa cəhdlər göstərilir.

Daha sonra Fransa (hücumların 20%), Böyük Britaniya və Avstraliya (8%), Belçika (7%) və İspaniya (5%) gəlir. Həmçinin siyahıda Kanada, Türkiyə, Danimarka, İtaliya və s. ölkələr də sadalanır.

Hesabatda deyilir ki, 1-ci və 100-cü terror aktını törədilmə yeri olaraq eyni şəhər – Nitsa seçilib. 2014-cü ildə bomba ilə karnavala girmək istəyən cani xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən tutulmuşdu, 2016-cı ildə isə hücum edən İŞİD-çi şəxsin hücumunun qarşısı alına bilmədi, nəticədə 84 nəfər həyatını itirdi.

2016-cı ilin ilk yarısında Qərb ölkələrində baş vermiş terror aktlarında həyatını itirənlərin və xəsarət alanların ümumi sayı (875 nəfər), artıq 2014-2015-ci il dövründə baş vermiş hücumlarda ölmüş və xəsarət almışların sayını (750 nəfər) keçib. Bir hücumda ölən və yaralanan insanların sayının orta göstəricisi 48-dən 58-ə qalxıb.

Son il ərzində baş vermiş ən iri terror aktları Parisdəki noyabr hadisələri (450 ölü və yaralı), Büssel (335) və Nitsa (285) terror aktları olub.

Hücumların əksəriyyəti İŞİD üzvü və ya tərəfdarı olan fərdi terrorçular tərəfindən törədilib. Təkcə 2016-cı ildə İŞİD-lə bağlı hücumların 47 %-i bir başa qruplaşma tərəfindən, 53 faizi isə “İŞİD-ə simpatiya göstərən” fərdi şəxslər tərəfindən törədilib. Ötən il bunun faiz nisbəti 35 və 65% olub. Terror aktlarının təxminən yarısı Suriya və İraqda təlim keçmiş şəxslər tərəfindən törədilib. Lakin hücum edənlər daha çox terror aktının planlaşdırıldığı ölkələrdən seçilirlər.

Hesabatda deyilir ki, xüsusi xidmət orqanlarına terrorçuların mənfi niyyətlərini aşkar edərək qarşısını almaq daha da çətinləşir. Belə ki, İŞİD başçıları üzvlərini daha asta olmağa və aralarında şifrələnmiş vasitələrdən istifadə etməyə səsləyirlər. Artıq hücumlarda daha çox partlayıcıdan istifadə olunur. Belə ki, 2014-cü ildə İŞİD-lə əlaqəli terrorçular tərəfindən hücumların cəmi 11, 2016-cı ildə isə 47 %-də partlayıcıdan istifadə olunub.

Qaçqın “marşrutları” terrorçuların Avropaya soxulmalarının əsas dəhlizi olub. ABŞ hökuməti hesab edir ki, İŞİD tərəfdarları ölkəyə Yaxın Şərq ölkələrindən qaçqınların qəbul edilməsi üzrə proqramdan istifadə edərək girməyə cəhd edə bilərlər.

Xüsusi xidmət orqanları bildiriblər ki, 90 faiz hallarda terror aktlarını törədənlər 30 yaşa qədər olan kişilər olur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.