haberL haberR

ABŞ Kəşfiyyat idarəsinin gizli qalmış dəhşətli işgəncə faktları

Kateqoriya: Dünya Yayımlama tarixi: 10.12.2014 12:09:01

Mərkəzi Kəşfiyyat İdarəsi həbs olunanlar üzərində tətbiq etdikləri işgəncələri ABŞ hökumətindən gizlədib

İslamazeri.az-ın “Rosbalt”-a istinadən verdiyi xəbərə görə, ABŞ  konqressində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ)  fəaliyyətinin araşdırılmasının  hesabatında şok faktlar üzə çıxıb. Belə ki, MKİ istintaq və dindirmə zamanı işgəncələrdən istifadə edərək bunu ABŞ hökuməti və Konqressindən gizlədib.

Hesabatda bildirilir ki, MKİ 4 il ərzində işgəncələrdən geniş şəkildə istifadə etsə də bundan 2006-cı ilədək o zamankı prezident Corc Buşun xəbəri olmayıb. İşgəncələr zamanı ən azı bir nəfərin öldüyü aşkar edilib. İşgəncəyə məruz qalan şəxs sorğu-sual zamanı soyundurularaq soyuq otaqda qalıb və ağ ciyərlərinin soyuqlamasından həyatını itirib.

Hesabatda o da qeyd olunur ki, işgəncə metodu ilə məlumat almaq heç bir effekt verməyib. Xüsusən də Usama Ben Ladenin yerini bu metdodla aşkar etmək mümkün olmayıb.

Konqressdə səslənən hesabat 6 min səhifəlik istintaqın yalnız 525 səhifəlik qısa forması olub.

CNN televiziya kanalı MKİ –nin işgəncələrinin 10 ən dəhşətli anlarını təsvir edən anti-reytinq cədvəli hazırlayıb:

1) Belə ki, birinci yerdə həbs olunanların edam edilmə səhnələrinin quraşdırlması, ikinci yerdə vəhşicəsinə dustaqların kameradan çıxarılaraq  soyundurub çılpaq şəkildə dəhlizdə döyə-döyə sürütdəməkləri;

2) Məhbusları 180 saat ərzində əllərini başları üzərində bağlayaraq yuxudan məhrum etmək;

3) Məhbusları suda  boğma səhnələri.

4) Və bu işgəncə zamanı az qala bir məhbusun ölümü ilə nəticələnəməsi;

5) Məhbusun 24 saat qaranlıq otaqda ac saxlanılması

6) və başının üzərində musiqi səsləndirilməsi;

7) Ayaq yoluna icazə verilməməsi

8) və bez geydirilməsinə məcbur etmə.
9) Məhbusu əlləri yuxarıdan asılı şəkildə iki sutka  saxlama.

10) Bir neçə məhbusa məcburi olaraq “klizma” - ilə yemək yedirdilməsi kimi faktlar göstərilib.

Qeyd edək ki, MKİ-nin keçmiş analitiki Reymond Makqoveren bəyan edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 20-ci əsrdə “Qestapo”-nun tətbiq etdiyi işgəncələrdən istifadə edib.

 

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.