haberL haberR

ABŞ Livana 50 milyon dollarlıq hərbi təchizat verib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.08.2016 17:02:36

Livan ABŞ-dan hərbi yardım alan 5-ci ən iri ölkədir.

İslamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə əsasən, ABŞ Livan hərbçilərinə 50 milyon dollar dəyərində hərbi təchizat verib.

Livana xüsusilə, 50 zirehli transportyor, 40 artilleriya qurğusu və 50 qumbaraatan verilib.

Əvvəlki tədarüklə birlikdə Vaşinqton Livana 220 milyon dollarlıq hərbi avadanlıq təqdim edib. ABŞ-ın ölkədəki səfiri Elizabet Riçard qeyd edib ki, rəsmi Beyrut ABŞ-dan hərbi yardım alan 5-ci ən iri ölkədir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.