haberL haberR

ABŞ Liviyada İŞİD terrorçularına daha 2 hava zərbəsi endirdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.08.2016 10:15:45

Əməliyyat Liviya Milli Birlik Hökumətinin razılığı ilə həyata keçirilir.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığı bildirib ki, ABŞ ötən gün Liviyadakı İŞİD terror təşkilatı yaraqlılarına daha iki hava zərbəsi endirib.

Terrorçulara məxsus 2 yük maşını məhv edilib.

Avqust ayının 1-də əməliyyatın başlamasından sonra artıq ümumilikdə 11 hava zərbəsi endirilib. Əməliyyat Liviya Milli Birlik Hökumətinin razılığı ilə həyata keçirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.