haberL haberR

ABŞ: Mənbicin İŞİD-dən təmizlənməsi hələ tamamlanmayıb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 22.08.2016 16:26:00

İŞİD-ə qarşı ABŞ-ın başçılıq etdiyi koalisiya bazar günü etiraf edib ki, Suriyanın Mənbic şəhərinin İŞİD terror təşkilatı yaraqlılarından təmizlənməsi üzrə əməliyyat hələ tamamlanmayıb. Baxmayaraq ki, şəhərin azad edilməsi barədə 1 həftə öncə elan olunmuşdu

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən,  koalisiyanın xəbərində deyilir: “Suriya Ərəb Koalisiyası” və “Suriya Demokratik Qüvvələri” Mənbicdə azad edilmiş şəhəri İŞİD terrorçularından təmizləmək, kustar üsulla hazırlanmış partlayıcı qurğuları aşkar edərək məhv etmək və İŞİD-in əks-hücumunun qarşısını ala biləcək müdafiə mövqelərini möhkəmləndirmək məqsədi ilə əməliyyatları davam etdirir.”

“Yalnız indi kustar üsulla hazırlanan partlayıcı qurğuların  və tələ-minaların yox edilməsi üzrə əməliyyatın həcmi və çətinliyi təcdricən aydın olur.” - deyə koalisiyadan bildiriblər.

Amerikalı hərbçilərin bəyanatına əsasən, Suriya müxalifəti İŞİD tərəfindən yeni hücumlardan ehtiyat üçün Mənbicin müdafiəsi üzrə uzunmüddətli mövqelər hazırlayır.

Kürdlərə bağlı olan “Suriya Demokratik Qüvvələri” (SDQ) avqustun 13-ü şimal əyaləti Hələbin Mənbic şəhərinin nəzarət altına götürülməsi haqqında bildirib. Əməliyyat kürdlər və ABŞ-ın başçılıq etdiyi koalisiyanın iştirakı ilə keçirdi. Hesab edilir ki, Mənbic Türkiyədən Suriyaya soxulan və əksinə hərəkət edən terrorçular üçün iki ən böyük “yük-boşaltma” məntəqələrindən biri olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.